Nigeriyada "Boko Haram" tərəfindən qaçırılan qızlar evlərinə qayıtmaqdan imtina ediblər

Nigeriyanın Çibok şəhərində İŞİD-in “Qərbi Afrika vilayəti” (“Boko Haram”) tərəfindən oğurlanan nigeriyalı qızlar evlərinə qayıtmaqdan imtina ediblər.

Nigeriyanın Çibok şəhərində İŞİD-in "Qərbi Afrika vilayəti" ("Boko Haram") tərəfindən oğurlanan nigeriyalı qızlar evlərinə qayıtmaqdan imtina ediblər.

APA-nın "Associated Press"ə istinadən verdiyi məlumata görə, Çibokanın İnkişafı Assosiasiyasının rəhbəri Poqu Bitrus bildirib ki, ekstremistlərə məxsus düşərgələrdə qalan yeniyetmələrin əksəriyyəti artıq radikallaşıb.

Qızlar terrorçularla ailə həyatı yaşadıqları və uşaq dünyaya gətirdikləri üçün evlərinə qayıtmaqdan qorxur.

Xatırladaq ki, 2014-cü ilin aprelində Çibokada internat məktəbində təhsil alan 276 qız "Boko Haram" qruplaşması tərəfindən oğurlanıb. Onlardan 57-si qaçmağa müvəffəq olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31