Ərdoğan: "Türkiyəyə 1 milyonluq qaçqın axını gözlənilir"
Suriyanın Hələb şəhərində hərbi əməliyyatların fəallaşacağı təqdirdə təqribən bir milyon qaçqın Türkiyəyə gələ bilər.
19 Oktyabr 2016 18:01 DünyaSuriyanın Hələb şəhərində hərbi əməliyyatların fəallaşacağı təqdirdə təqribən bir milyon qaçqın Türkiyəyə gələ bilər.
Trend bildirir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Prezidentin sözlərinə görə, Türkiyə bu potensial qaçqınlara görə məsuliyyəti öz üzərinə götürmək niyyətində deyil.
R.T.Ərdoğan qeyd edib ki, Suriya münaqişəsinin başa çatmasından sonra Türkiyə yad şəhər hesab etmədiyi Hələbin bərpasına kömək etməyə hazırdır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31