“Fənərbaxça”nın təyyarəsi Budapeştə məcburi eniş edib

Avropa Liqasının qrup mərhələsində “Mançester Yunayted”lə qarşılaşacaq “Fənərbaxça” İngiltərəyə yola düşüb. Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, İstanbul təmsilçisi səfər zamanı ciddi problemlə üzləşib.

Avropa Liqasının qrup mərhələsində "Mançester Yunayted"lə qarşılaşacaq "Fənərbaxça" İngiltərəyə yola düşüb. Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, İstanbul təmsilçisi səfər zamanı ciddi problemlə üzləşib.

Belə ki, komandanı İngiltərəyə aparan təyyarə Macarıstanın paytaxtı Budapeştə məcburi eniş edib. Buna səbəb pilot kabinəsinə quşun çırpılması olub. Kabinə təmir edildikdən sonra təyyarə yenidən yola düşəcək. Klub prezidenti Əziz Yıldırımın da yer aldığı hava gəmisi hazırda Budapeştdə təmirin başa çatmasını gözləyir.

Qeyd edək ki, "Mançester Yunayted" - "Fənərbaxça" matçı sabah baş tutacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31