Daha 10 FETÖ-çü Yunanıstana qaçdı

Türkiyənin 10 vətəndaşının qanunsuz yolla Yunanıstanın Rodos adasına qaçması məlum olub. Publika.az bildirir ki, Türkiyə hökuməti sözügedən şəxslərin "Fətullahçı" terror təşkilatının (FETÖ) üzvləri olduğunu bəyan edib.

Türkiyənin 10 vətəndaşının qanunsuz yolla Yunanıstanın Rodos adasına qaçması məlum olub.

Publika.az bildirir ki, Türkiyə hökuməti sözügedən şəxslərin "Fətullahçı" terror təşkilatının (FETÖ) üzvləri olduğunu bəyan edib.
 
Türkiyə hökuməti ölkədən qaçan FETÖ üzvlərinin kimliyini də müyyən edib. Bunlardan ikisi kişi, ikisi qadın, 6 nəfər isə uşaqlardır. Onların dəniz yolu ilə Rodos adasına qaçdığı müəyyənləşib.
 
Xatırladaq ki, 8 qiyamçı hərbçidən əlavə, bu ilin sentyabr ayında 7 nəfər FETÖ üzvü də Yunanıstanın Rodos və Dedeağaç adalarına qaçıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31