Şortikli qızın başına gələnləri bilirsən?
Türkiyənin Bursa şəhərində 20 yaşlı qız 50 yaşlı kişinin onu təhdid etdiyini deyərək polisə şikayət edib.
21 Sentyabr 2016 13:40 DünyaTürkiyənin Bursa şəhərində 20 yaşlı qız 50 yaşlı kişinin onu təhdid etdiyini deyərək polisə şikayət edib.
Qafqazinfo xəbər verir ki, hadisə Bursa metrosunda baş verib. 20 yaşlı D. K.-ya yaxınlaşan 50 yaşlı kişi qulaqcığa yüksək səs verən qızı təhqir edib.
Başqa qadın sərnişin təhqirlər yağdıran kişiyə etirazını bildirib. Bu dəfə 50 yaşlı kişi: "Şortik geyinən qızın başına gələnləri bilirsən? Hələ də danışırsan. Kəs səsini", - deyərək qadını təhqir edib.
Hadisədən sonra 20 yaşlı qız polisə şikayət edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31