"Rusiya ilə diplomatik münasibətlərin normallaşmasından danışmaq tezdir"

"Britaniya ilə Rusiya arasında diplomatik münasibətlərin normallaşmasından danışmaq tezdir".

"Britaniya ilə Rusiya arasında diplomatik münasibətlərin normallaşmasından danışmaq tezdir".

Report xəbər verir ki, bunu Britaniyanın xarici işlər naziri Boris Conson rusiyalı həmkarı Sergey Lavrovla Nyu-Yorkda BMT Baş Assambleyasının 71-ci sessiyası çərçivəsindəki görüşdə bildirib.

"Britaniya xarici işlər naziri Boris Conson aydın şəkildə bildirib ki, indiki şəraitdə fikir müxtəlifliyi Rusiya ilə Britaniya arasında diplomatik münasibətlərin normallaşacağından danışmağın tez olduğunu deməyə əsas verir. Ən doğrusu, qlobal məsələlərin müzakirəsini davam etdirməkdir", - deyə Britaniya Xarici İşlər Nazirliyi yaydığı məlumatda bildirib.

Məlumata görə, nazirlər Suriya və Ukraynadakı vəziyyəti müzakirə ediblər. 

Qeyd edək ki, bu, Boris Conson nazir olduqdan sonra rusiyalı həmkarı ilə ilk görüşüdür. O, cari ilin iyul ayında Britaniyanın xarici işlər naziri təyin olunub. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31