15 illik qalmaqal başa çatdı - Tatlısesə şok cərimə
"Beytocan" adıyla tanınan sənətçi Beytullah Güneri ilə İbrahim Tatlıses arasında yaşanan məhkəmə çəkişməsi başa çatıb. Qafqazinfo xəbər verir ki, Günerinin həmkarına 15 il əvvəl açdığı təzminat iddiasının nəticələri açıqlanıb. Məhkəmə Tatlısesi haqsı
21 Sentyabr 2016 13:37 Dünya"Beytocan" adıyla tanınan sənətçi Beytullah Güneri ilə İbrahim Tatlıses arasında yaşanan məhkəmə çəkişməsi başa çatıb.
Qafqazinfo xəbər verir ki, Günerinin həmkarına 15 il əvvəl açdığı təzminat iddiasının nəticələri açıqlanıb.
Məhkəmə Tatlısesi haqsız elan edib, Güneriyə 9 min 500 TL ödəməli olduğunu elan edib.
Xatırladaq ki, Tatlıses Günerinin "Agır ketiye dile mın" adlı mahnısını "Rında mın" olaraq dəyişdirərək icazəsiz oxumuşdu.
Beytullah bu səbəbdən məhkəməyə müraciət etmiş, 38 min TL təzminat istəmişdi.