Rusiyada 4 səfirliyin binası mühasirəyə alındı

Rusiyada dörd səfirliyin yerləşdiyi bina mühasirəyə alınıb. Qafqazinfo xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Hadisə şahidlərinin sözlərinə görə, Yekaterinburqda ABŞ, Böyük Britaniya, Macarıstan və Ukrayna səfirliklərinin yerləşdiyi bina mühasirəyə alınıb.

Rusiyada dörd səfirliyin yerləşdiyi bina mühasirəyə alınıb.

Qafqazinfo xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Hadisə şahidlərinin sözlərinə görə, Yekaterinburqda ABŞ, Böyük Britaniya, Macarıstan və Ukrayna səfirliklərinin yerləşdiyi bina mühasirəyə alınıb.

Bildirilir ki, səbəb binada şübhəli əşyanın olmasıdır. DİN idarəsinin ərazi üzrə nümayəndələri isə bildirib ki, bu barədə daha sonra açıqlama verəcəklər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31