Rihanna səhnədə məşhur reperlə öpüşdü - VİDEO
Populyar amerikalı müğənni Rianna məşhur reper Dreykin "Summer Sixteen" turnesi çərçivəsində Mayamidə verdiyi konsertdə səhnəyə çıxıb.
1 Sentyabr 2016 14:53 DünyaPopulyar amerikalı müğənni Rihanna məşhur reper Dreykin "Summer Sixteen" turnesi çərçivəsində Mayamidə verdiyi konsertdə səhnəyə çıxıb.
O, Dreyklə öpüşüb.
TMZ bildirir ki, MTV VMA mükafatlarının təqdimat mərasimində "İlin ən yaxşı videosu" ödülünü Riannaya təqdim edəndə 29 yaşlı Dreyk demişdi: "Hələ 22 yaşım olanda Riannaya vurulmuşam. Ən yaxşı dostlarımdan biridir. Yaşca məndən kiçik olsa da, onun əməllərini izləyirəm. Bizim sahədə Rihanna canlı əfsanədir".
Bu çxıışından sonra Dreyk 28 yaşlı Rihannanı öpməyə çalışsa da, utanmış Rianna buna imkan verməmişdi. Amma Dreyk inad edərək Riannanın yanağından öpmüş, sonra bu anın fotosunu İnstagram-da paylaşmışdı.
Mərasimdən sonra maşına oturaraq "yoxa çıxan" Dreyklə Rihanna saatlar sonra "Up&Down" gecə klubunun qarşısında peyda olmuşdular. Onlar maşından düşəndən sonra əl-ələ tutub kluba yolanıblar.
Mayamidəki "AmericanAirlines Arena"da isə Dreyki Rihanna qucaqlayaraq öpüb.
Konsertdən sonra Rihanna ilə Dreyk "E11EVEN" gecə klubuna üz tutublar.