İordaniya və Suriya sərhədində toqquşma olub
İordaniya hərbçiləri bu gün Suriya sərhədindən ölkəyə keçməyə çalışan bir qrup terrorçunun qarşısını alıblar.
1 Sentyabr 2016 14:46 Dünyaİordaniya hərbçiləri bu gün Suriya sərhədindən ölkəyə keçməyə çalışan bir qrup terrorçunun qarşısını alıblar.
Report bildirir ki, silahlı toqquşma Suriyanın Deraa şəhərinin cənub-qərbində yerləşən Tel-Şehab rayonunda baş verib.
Ehtimal olunur ki, sərhədi keçməyə cəhd edən yaraqlılar "Cəbhət Fəth əş-Şam" (keçmiş Ən-Nüsrə Cəbhəsi - red.) təşkilatının üzvləridir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31