Lavrov şikayətləndi: “Güzəştlər birtəfərli olmasa...”

Təəssüf ki, qarşılıqlı hörmət, anlaşma, güzəştlər, kompromis axtarışı, beynəlxalq sistemin təşəkkülü prosesi zamanı çox ciddi maneələrlə üzləşirik. 

Təəssüf ki, qarşılıqlı hörmət, anlaşma, güzəştlər, kompromis axtarışı, beynəlxalq sistemin təşəkkülü prosesi zamanı çox ciddi maneələrlə üzləşirik. RİA xəbər verir ki, bu sözləri Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda tələbələr qarşısında çıxış edərkən deyib. Lavrovun sözlərinə görə, bütün maneələrin səbəbi Qərb tərəfdaşlarının dünya siyasətində yeritdiyi dominantlıq iddiasıdır. "Biz heç kimdən üz çevirmirik. Güzəştlərin birtəfərli olmayacağı təqdirdə Avropa Birliyi ilə də, Birləşmiş Ştatlarla da normal, ikitərəfli münasibətlərin bərpa olunmasına hazırıq. Bizim Qərb tərəfdaşlarımız Rusiya Federasiyasının etibarını bərpa etmək üçün xeyli iş görməlidir", - nazir bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31