Türkiyə-İsrail-Rusiya yaxınlaşmasının bölgə üçün yeni perspektivləri

Son zamanlar Yaxın Şərqin aparıcı siyasi aktyorları arasında baş verən yaxınlaşma bölgədə baş verən faciəvi hadisələrə müsbət təsir edəcəyi ümidlərini artirmağa imkan veməkdədir.

Son zamanlar Yaxın Şərqin aparıcı siyasi aktyorları arasında baş verən yaxınlaşma bölgədə baş verən faciəvi hadisələrə müsbət təsir edəcəyi ümidlərini artirmağa imkan veməkdədir. Biz bu yazımızda Türkiyə-İsrail-Rusiya yaxınlaşmasının bölgə üçün hərbi -siyasi təsirinin təhlilini verməyə cəhd edəcəyik. Mövzuya daxil olmazdan əvvəl Türkiyənin İsrail və Rusiya ilə eyni zamanda yaxınlaşmasının təsadüf olub olmadığına diqqət etməmiz lazımdır. Bizə görə bu üçtərəfli yaxınlaşmada təsadüf ehtimalı çox cüzidir, çünki bu dövlətlərin həm iqtisadi, həm də siyasi tərəfdən bir-birinə bağlı maraqları mövcuddur və bu şəkildə surətli yaxınlaşma hər üç ölkənin mənafeyi üçün müsbət rol oynamaqdadır. Mənafelər o qədər bir birinə bağlıdır ki, artıq hansı tərəfin yaxınlaşma üçün ilk addımı atmasının bir önəmi qalmir. Kimin üzr istəməsi, kimin vasitəçilik etməsi də bir məna daşımır. Əsas vacib olan olay danışıqların və əlaqələrin bərpa edilməsidir. Türkiyənin Rusiya ilə yaxınlaşmasının bəyanına az bir zaman qaldığından İsrailin baş naziri Benyamin Natanyahunun Moskvaya səfəri gerçəkləşdi . Putin ilə Natanyahu danışıqları zamanı, şübhəsiz əsas mövzulardan birisi də Türkiyə ilə münasibətlər olub. Iki liderdən brisi : "Artıq yaxınlaşma zamanı gəlib, biz hər şəkildə dəstək verək, bu məsələni həll edək" deyə bilər. Hər üç ölkənin bəzi iqtisadi və siyası məsələlərdə kiçik mübahisələri olsa da bölgədəki vəziyyətlə əlaqədar daha vacib birləşdirici amillərin olmasını gözardi etmək mümkün deyil. Bu mübahisəli məsələlər də ciddi strateji və iqtisadi mənfəətlərə toxunan məsələlərdir, əsas da Rusiya ilə İsrail arasında. Uzun illərdir ki, Türkiyənin əsas qaz tədarükçüsü olaraq Rusiya çıxış etməkdədir. Bundan əlavə son zamanlara qədər Moskva Türkiyəni Avropaya təbii-qaz
nəqli üçün ən vacib tərəfdaş kimi qəbul etməkdə idi. Günlərin bir günü ortaya İsrail çıxır və: "Bizdə çox ucuz qaz var buyur alın !" təklifini verir. Moskvanın ilk atacağı addım bu məsələnin öz iqtisadi mənafeləri çərçivəsində həll edilməsidir. Ancaq qaz məsələsindən daha vacib olan iki ölkənin həll edəcəyi mübahisəli məsələ İran və Suriya məsələsidir. Rusiya ilə əlaqələrin yaxınlaşması fonunda İsrailin Türkiyə ilə əlaqələri bərpa etmək üçün daha ciddi strateji səbəbləri mövcuddur. Ən əsası hər iki ölkənin bölgənin gələcəyinə ciddi şəkildə təsir imkanına sahib Yaxın Şərqdəki ən güclü strateji guvvə kimi qəbul edilməsidir. Hər iki ölkə Atlantik Okeanından Hind Okeanına qədər olan bölgənin taleyini və gələcəyini formalaşdıra biləcək güc və nüfuza sahibdirlər. Ziddiyətlər dalğasının təlatümü içində olan Yaxın Şərqdə vəziyyət gerçəkdən bir çıxılmaz və qanlı dalana doğru irəliləməkdədir. Şiə- sünnü münaqişəsi ilə bərabər, vəziyyəti daha da gərginləşdirən Türkiyə ilə İsrail və İsraillə İran arasında cərəyan edən qarşıdurmadır. Bölgədə həlqə rolu oynayan İraqla Suriyanın bir dövlət olaraq iflas etmələrini firsət kimi görən , İranın bölgədə liderlik etmə cəhdləri isə İsraillə Türkiyənin yaxınlaşmasını zəruri edən əsas amillərdən biri kimi görünməkdədir. Yuxarıda göstərdiyimiz bu mücərrəd vəziyyətin meydana gəlməsi Türkiyə ilə İsrailin uzun zamandır yaxınlaşmaq üçün danışıqlar aparmasının əsas səbəbi kimi qəbul edilə bilər. Ancaq Rusiya ilə Türkiyə arasında baş verən münaqişə bu iki ölkənin yaxınlaşması üçün ən böyük əngəl kimi çıxış etməkdə idi. Türkiyə ilə Rusiyanın çox dərin tarixi köklərə dayanan münaqişə səbəbləri mövcuddur, ancaq Moskva İranla birgə Ankaranın sərhədlərində-Suriyada qayda -qanun yaratmaq təşəbbüsü Türkiyə tərəfindən birmənalı qarşılana bilməz idi, və hər iki güc arasında yeni münaqişənin atəşlənməsi zaman məsələsi idi. Rusiyanın Suriya münaqişəsinə müdaxiləsi vəziyyəti daha mücərrəd hala gətirib çıxardı və rəsmi Ankara vəziyyətin daha da ağırlaşmasının qarşısını almaq üçün Moskva ilə təmasa keçməyə qərar verdi. Çünkü vəziyyət sadəcə Moskavnın deyil, həm də İranın və ABŞ ın nəzarətindən çıxacaq hala gəlmişdi. İnkar etmək mümkün deyil ki, regionun ən güclü hərbi və siyasi qüvvələri olaraq Moskvanın hal-hazırda həm Türkiyəyə, həm də İsrailə çox ehtiyacı var. Hər iki ölkədə Suriyadaki vəziyyətə ciddi şəkildə təsiretmə mexanizmlərinə sahibdirlər. Əsas amil olaraq Türkiyənin NATO-nun üzvü olması gözardı edilməməlidir. Ancaq Rusiyanın bölgədəki ən yaxın müttəfiqi olaraq həm İsrail, həm də Türkiyə ilə gərgin münasibətləri olan İran çıxış etməkdədir. İlk baxışda çox yaxın müttəfiq olmaları təəsuuratı bağışlayan Tehran-Kreml münasibətlərinin birgə mənfəətlər üzərində qurulduğunu düşünənlər ciddi şəkildə yanılmaqdadırlar. İran İraq , Livan və Suriyanı öz təsiri altında tutaraq bölgədə nəzarəti ələ almaq niyyətindədir , Moskvanın maraqları isə daha dərin və qlobal hesablar üzərində qurulub. Moskva Yaxın Şərqdəki güclü mövqeyindən çıxış edərək Ankara və İsrail vasitəsilə Qərblə anlaşmağa çalışır və bu səbəbdən bölgədəki əsas aktyorlarla isti münasibətlər qurmaq məcburiyyətindədir. Bu halda isə Rusiyanın mövqeyi İranının mövqeyi ilə üst üstə düşmür. Avropanın Şərqindəki Qərblə olan münaqişəsini Moskva Yaxın Şərqdəki əməkdaşlıq vasitəsi ilə az da olsa yumşaltmaq niyyətində ola bilər. Bizim fikrimizə görə bu, əsasən ABŞ ilə olan ziddiyətlər üçün nəzərdə tutulmaqdadır .

İranın öz məqsədinə çatması və Islam dünyasında liderliyə yüksəlməsi Tehranın dünya dövləti səviyyəsinə gəlməsi deməkdir. Bölgədə yeni supergücün meydana gəlməsi isə ən başda Rusiyanın, Çinin və Hindistanın mənafeləri üçün dərin ziddiyət təşkil edir. Bu güclər heç bir zaman ortaya çıxacaq bu addımla barışa bilməzlər. Bölgədə vəziyyətin bu hala gəlməsinin əsas səbəbkarı isə şübhəsiz ki, ABŞ-dır. ABŞ-ın İsraili arxa plana çəkərək İranla yaxınlaşması Rusiyanın İsrailin köməyi ilə bölgədə daha aktiv hərəkət etməsinə gətirib çıxardı . Hadisələrin bu istiqamətdə inkişaf etməsinin isə
bölgədəki vəziyyətə hansı şəkildə təsir edəcəyi hələ də müəyyən edilməyib. Rusiya ABŞ-ın siyasətindən narazı olan Körfəz ölkələri ilə, Misir, İordaniya kimi dövlətlər ilə təcili əlaqə quraraq bölgəyə silah satışını artirmağa nail oldu. "Hizbullah" və İran xüsusui təyinatlıları Tel -Əvivin qapısına dayananda Vaşinqton görəsən harada idi? Bütün bu ziddiyətlərə baxmayaraq, İsrailin ABŞ-ın yerinə Rusiyanı müttəfiq seçməsi mümkün deyil. Sadəcə İsrail qismən də olsa Türkiyə və Rusiya ilə münasibətləri isti tutaraq öz sərhədlərinin təhlükəsizliyini təmin etməyə cəhd edir. Vaşinqtonun tam olaraq təmin edə bilmədiyi bəzi proseslər Ankara və Kreml vasitəsi ilə qismən də olsa nəzarətdə tutula bilər.
Buna hər kəs şahid oldu, hər ölkə öz mənafeyini özü qorumalıdır və Ankara ilə İsrailin güclü Rusiya ilə yaxınlaşmasında təəcüblənəcək bir hal yoxdur. Daha bir neçə gün əvvəl PKK-nın bir qanadı olan və Suriyada dominant rol oynamağa çalışan YPG Cərablüs yaxınlarında NATO- nun inventarında olan... Təkrar edirik... NATO-nun ???!!!!

inventarında olan MİLAN Tankəleyhinə raketi ilə iki türk tankını vurdu NATO-nun ən güclü quru quvvələrini təşkil edən türk əsgərləri şəhid oldu və yaralandı. YPG bu MİLAN sistemlərini haradan aldı ??? Əsəd ordusunun anbarlarında MİLAN raketləri mövcud deyil. Bu səbəbdən əgər bəzi müttəfiqlərin səmimi deyilsə demək ki, başqa müttəfiqlər seçmək də ayıb deyil.Olayların nəticəsini YPG -PKK nı müttəfiq seçən
axmaqlar düşünsün.
İŞİD-in Türkiyə ilə Rusiyanı birləşdirici amil olaraq çıxış etməsi isə ikinci plana aid olan məsələdir. Moskva və Ankaranı birləşdirən əsas amil Suriyanın torpaq bütünlüyü məsləslidir. Həm Ankara, həm Moskva, həm Tel-Əviv çox yaxşı başa düşürlər ki, Suriyanın parçalanması, İraqın parçalanmasıdır , İraqın parçalnması İranın parçalanmasıdır, İranın parçalanması Türkiyənin parçalanmasıdır, Türkiyənin parçalanması Rusiyanın parçalnmasıdır, bu parçalanmalar isə İsrailin məhv olmasıdır. Rusiyanın təhlükəsizliyi Fərad çayı sahillərində başlayır, Türkiyənin təhlükəsizliyi Volqa çayının sahillərində, İsrailin təhlükəsizliyi isə Qara dəniz sahillərində başlayır, Potomak çayı sahillərində deyil. Bu səbəbdən bu yaxınlaşmalar bölgənin təhlükəsizliyi baxımından zəruridir, vacibdir. Soyuq müharibə nəticəsində ABŞ dünyada tək heqemon güc oldu, dünya tək gütblü hala gəldi. Ancaq Vaşınqton bu gücünü düzgün istifadə edə bilmədi " Güc Zəhərlənməsinə" tutuldu . Köhnə müttəfiqlərindən üz çevirdi, bir çox yerdə mənasız münaqişə atəşi yandırdı. İndi isə yandırılan bu atəşlər böyük yanğına çevirilib və ABŞ bu yanğınlara nəzarət edə bilmir. Yanğın hər yeri bürüyə bilər. Bölgədə müəyyən gücə sahib olan ölkələr bu yanğınları öz gücləri ilə söndürməyə cəhd edirlər. Münaqişələrin bu şəkildə həll edilməsi isə ABŞ-ı nüfuzdan salır və hadisələrin gedişadı bir daha onu deməyə imkan
verir ki, Amerika öz səhvləri üzündən dünya hegemoniyasını yavaş-yavaş itirməkdədir.

Mehdi Səlimov

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31