Baş direktor: "Kalaşnikov" konserni analoqu olmayan pulemyot hazırlayır"

Rusiyanın "Kalaşnikov" konserni yeni yüngül əl pulemyotu - RPK-16 5.45 mm hazırlayır. Silahın həm də hücum tüfəngi funksionallığı olacaq.

Rusiyanın "Kalaşnikov" konserni yeni yüngül əl pulemyotu - RPK-16 5.45 mm hazırlayır. Silahın həm də hücum tüfəngi funksionallığı olacaq.

TASS xəbər verir ki, bu barədə konsernin baş direktoru Aleksey Krivoruçko bildirib.

"Müasir silahlı münaqişələrin təcrübəsinin öyrənilməsi əsasında biz 5,45 mm kalibrli yüngül Kalaşnikov əl pulemyotu (RPK-16) hazırlamışıq. Çəkisi, ölçüsü, dəqiqliyi və universallığına görə bu silahın analoqu yoxdur", - deyə o vurğulayıb.

Baş direktor, həmçinin yeni pulemyot üçün daha çox tutumlu daraq hazırlandığını söyləyib. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31