Ölkənin iki nəhəng neft şirkəti birləşir
Yaponiyanın neftin topdan satışı üzrə ən böyük "JX Holdings" şirkətinin və bu sahədə üçüncü yeri tutan "Tonen General Sekiyu" şirkətinin rəhbərliyi öz bizneslərini birləşdirmək barədə razılığa gəliblər.
1 Sentyabr 2016 13:44 DünyaYaponiyanın neftin topdan satışı üzrə ən böyük "JX Holdings" şirkətinin və bu sahədə üçüncü yeri tutan "Tonen General Sekiyu" şirkətinin rəhbərliyi öz bizneslərini birləşdirmək barədə razılığa gəliblər.
AZƏRTAC bildirir ki, onlar gələn ilin aprelində, Yaponiya Ədalətli Ticarət Komissiyasının yoxlamasından sonra yeni holdinq yaradacaqlarını deyiblər.
Yeni rəhbərlik qarşıdakı bir neçə il ərzində işçilərin sayını azaldacaq və bir neçə nefttəmizləmə müəssisəsinin işini səmərələşdirəcək.
Əldə edilən razılaşmaya əsasən, "JX Holdings"in prezidenti Yukio Uçida yeni yaranmış "JXTG Holdings"in rəhbəri olacaq.
Y.Uçidanın sözlərinə görə, o, qlobal rəqabətədavamlı qrup yaratmağa və onun əhəmiyyətini maksimum artırmağa çalışacaq.
Yaponiyanın neft emalı sahəsi son illər əhalinin sayının azalması nəticəsində yanacaqdan daha səmərəli istifadə edən avtomobillərə tələbatın aşağı düşməsi ilə qarşılaşıb.