Məşhur müğənni 56 yaşında necə hamilə qaldı?

56 yaşlı Kibariyenin hamilə olması tibb dünyasında qarışıqlıq yaradıb. 

56 yaşlı Kibariyenin hamilə olması tibb dünyasında qarışıqlıq yaradıb.  Türkiyə mətbuatı xəbər verir ki, İzmirdə konsert verən Kibariyenin ikinci uşağına 3 aylıq hamilə olması barədə müjdə verməsi medianın gündəmini zəbt edib. Qızı Birgülü 40 yaşında qucağına alan Kibariyenin hamilə qalması bu yaşda ana olmağın mümkün olub-olmaması barədə mübahisələri yenidən alovlandırıb.

Mütəxəssislər sənətçinin başqasından yumurta nəqli, ya da daha əvvəl öz yumurtasını dondurmuş ola biləcəyi ehtimalını irəli sürüblər. Kibariye isə məsələ ilə bağlı heç bir açıqlama verməyib. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31