Ekspert: "Türkiyənin Hələbə gedən yolu Mənbicin azad edilməsindən keçir"

"Türkiyə Silahlı Qüvvələri Suriyanın Mənbic şəhərini terrorçulardan azad etməklə strateji baxımdan vacib olan Hələb şəhərinə yolu açmaq niyyətindədir".

"Türkiyə Silahlı Qüvvələri Suriyanın Mənbic şəhərini terrorçulardan azad etməklə strateji baxımdan vacib olan Hələb şəhərinə yolu açmaq niyyətindədir".

Bunu Trend-ə Yaxın Şərq üzrə türkiyəli ekspert, TGRT telekanalının "Neler Oluyor" siyasi-icmal proqramının müəllifi Batuhan Yaşar deyib.

Onun sözlərinə görə, heç kəs Ankaranın Suriyada "Fərat qalxanı" hərbi əməliyyatı çərçivəsində qısa müddət ərzində belə nəzərəçarpacaq uğurlar qazanacağını gözləmirdi. Ekspert qeyd edib ki, hərbi əməliyyat nəticəsində Ankara regionda vacib oyunçu rolunu qazandı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31