Yaponiyada 3 min insanı gün vurdu

Yaponiyada 22-28 avqust tarixləri ərzində 3 minə yaxın insan günvurmadan xəstəxanaya yerləşdirilib.

"Report"  bildirir ki, bu barədə çərşənbə axşamı ölkənin, həm də Fövqəladə Hallar Xidməti rolunu yerinə yetirən Baş Yanğın İdarəsi məlumat yayıb.
Qeyd olunur ki, günvurmadan ümumilikdə 2 min 821 nəfər xəstəxanaya yerləşdirilib, 2 nəfər həyatını itirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00