Yaralı gənclər tibb bacısını zorladılar
İzmirdə qeydə alınan hadisə zamanı təcili tibbi yardım avtomobilində bir tibb bacısı iki yaralı şəxs tərəfindən zorlanıb.
16 Avqust 2016 14:49 Dünyaİzmirdə qeydə alınan hadisə zamanı təcili tibbi yardım avtomobilində bir tibb bacısı iki yaralı şəxs tərəfindən zorlanıb.
Türkiyə KİV-i bildirir ki, təxminən 5 dəqiqə ərzində təcavüzə məruz qalan gənc tibb bacısı güclə özünü avtomobildən bayıra atmağı bacarıb.
Tibb bacısı qışqırarkən şəxslərdən biri qaçsa da, digəri çöldə gözləyən həkim və təcili yardım avtomobilinin sürücüsü tərəfindən tutulub.
İstintaq aparıldıqdan sonra tutulan şəxs barəsində məhkəmə həbs qərarı çıxarıb. 2 il yarım azadlıqdan məhrum edilən cinayətkar: "Hadisə günü içkili olmuşam. Heç nədən xəbərim olmayıb. Üzr istəyirəm", - deyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31