DƏHŞƏT: Atasını öldürüb ...
Samsunun Bafra qəsəbəsində tüfənglə atasını vuraraq öldürən şəxs sonra evin eyvanına od vuraraq yoxa çıxıb.
16 Avqust 2016 13:38 DünyaSamsunun Bafra qəsəbəsində tüfənglə atasını vuraraq öldürən şəxs sonra evin eyvanına od vuraraq yoxa çıxıb.
Türkiyə KİV-i bildirir ki, 45 yaşlı Əli K. ilə oğlu Murat K. (22) arasında mübahisə olub. Mübahisə böyüyüb və Murat K. tüfənglə atasına atəş açdıqdan sonra eyvana od vurub, qaçıb. Yaralanan Əli K. Bafra Dövlət Xəstəxanasına qaldırılıb, yanğının isə böyüməsinin qarşısı yanğınsöndürənlər tərəfindən alınıb.
Xəstəxanaya çatdırılan atanın həyatını xilas etmək mümkün olmayıb.
Polis əməkdaşları atasına atəş açıb qaçan oğulun axtarışına başlayıb.
Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31