Şəhid atasından TƏLƏB: "Hava limanına oğlumun adı verilsin"

15 iyul çevriliş cəhdi zamanı şəhid olan Ömər Halisdəmirin atası prezident Rəcəb Tayyib Ərdoğana və baş nazir Binəli Yıldırıma müraciət ünvanlayıb. 

15 iyul çevriliş cəhdi zamanı şəhid olan Ömər Halisdəmirin atası prezident Rəcəb Tayyib Ərdoğana və baş nazir Binəli Yıldırıma müraciət ünvanlayıb. 

Qaynarinfo.az bildirir ki, şəhid atası Niğdədə tikilməsi planlaşdırılan hava limanına oğlunun adının verilməsini tələb edib.

Şəhid Ömər Halisdəmir 15 iyul çevriliş cəhdi zamanı Ankaradakı Xüsusi Qüvvələr Komandanlığını ələ keçirmək istəyən çevrilişçiləri və general Semih Tərzini öldürdükdən sonra şəhid olub. Buna görə də şəhidin atası Həsən Hüseyn Halisdəmir oğlunun qəhrəmanlığının nəzərə alınmasını və hava limanına oğlunun adını verilməsini istəyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31