Partlayış səsi eşidildi: terror bilib bir-birini tapdaladılar: 45 yaralı - VİDEO
Fransada hava fişənginin atılması zamanı çaxnaşma yaşanıb.
16 Avqust 2016 12:16 DünyaFransada hava fişənginin atılması zamanı çaxnaşma yaşanıb.
Xarici KİV bildirir ki, 45 insanın yaralandığı hadisənin görüntüləri ortaya çıxıb.
Fransanın Nant şəhərinin 20 kilometr cənubundakı turizm zonası sayılan Juan-Les-Pinsdə atəşfəşanlığın səsi çaxnaşmaya səbəb olub. Naməlum şəxs tərəfindən atılan fişəngin yaratdığı qorxu nəticəsində dəhşətli görüntülər ortaya çıxıb. Bir restoranda çəkildiyi təxmin edilən görüntülərdə insanların vahimə içində sağa-sola qaçdıqları görünür.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31