Rusiya Ukrayna ilə bütün əlaqələri KƏSİR - SON DƏQİQƏ

Rusiya Federasiyası Ukrayna ilə bütün diplomatik əlaqələri kəsməyə hazırlaşır. Bunun səbəbi Ukraynanın xüsusi təyinatlı hərbi dəstələrinin Krım yarımadasında keçirdikləri əməliyyatlardır.

Rusiya Federasiyası Ukrayna ilə bütün diplomatik əlaqələri kəsməyə hazırlaşır. Bunun səbəbi Ukraynanın xüsusi təyinatlı hərbi dəstələrinin Krım yarımadasında keçirdikləri əməliyyatlardır.

İzvestiya bildirir ki, Kiyevin avqustun 7-də Krımda həyata keçirməyə çalışdığı əməliyyatlara cavab olaraq Moskva Ukrayna ilə diplomatik əlaqələrin dayandırılması, habelə Kiryevdəki səfirliyin bağlanması və bütün diplomatların geri çağırılması variantlarını nəzərdən keçirir.
Rusiya prezidenti Vladimir Putin: "Krımda baş verənləri Rusiya cavabsız qoymayacaq", - demiş, Ukraynanın hakimiyyət dairələrini terrorda suçlamışdı.
Hazırda Ukrayna və Rusiya arasında diplomatik münasibətlər çox sərindir. Hər ölkəni müvəqqəti işlər vəkili təmsil edir.
Xatırladaq ki, avqustun 10-da Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FTX) Krımda Ukraynanın hərbi kəşfiyyatının agentura şəbəkəsinin ifşa olunduğunu bəyan etmişdi. Avqustun 7-də Armyansk şəhərinin yaxınlığında ukraynalı diversantlar qrupu aşkarlanmışdı. Qrup ələ keçirilərkən rusiyalı sərhədçi həlak olub. Avqustun 8-də Ukraynanın xüsusi təyinatlı hərbçiləri artilleriya atəşi altında Krım yarımadasına keçməyə cəhd ediblər. FTX-nın açıqlamasında "Ukraynanın Krımı atəşə tutması nəticəsində bir rusiyalı hərbçi həlak olub" deyilirdi.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31