Poroşenko Putinlə danışmaq istəyir
Ukrayna prezidenti Petro Poroşenko rusiyalı həmkarı Vladimir Putinlə telefonla danışmaq istəyir.
11 Avqust 2016 18:22 DünyaUkrayna prezidenti Petro Poroşenko rusiyalı həmkarı Vladimir Putinlə telefonla danışmaq istəyir.
Qafqazinfo Ukrayna KİV-ə istinadən xəbər verir ki, Poroşenko bu gün güc strukturları və XİN rəhbəri ilə birgə keçirdiyi təcili toplantıda belə bir telefon danışığının təşkili ilə bağlı tapşırıq verib. Bununla bağlı məlumatı Ukrayna prezidentinin mətbuat xidməti yayıb.
Bundan başqa, Poroşenko "norman formatı"nda Almaniya və Fransanın iştirakı ilə üçtərəfli məsləhətləşmələrin keçirilməsini tələb edib.
Bu danışıqlar ABŞ-ın rəhbərliyi altında baş tutmalıdır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31