Səfir: “NATO-nun Cənubi Qafqazdakı münaqişələrə təsiri məhduddur”

“Cənubi Qafqaz zonasında münaqişələrin tənzimlənməsi nöqteyi-nəzərindən NATO-nun təsir imkanları məhduddur”.

"Cənubi Qafqaz zonasında münaqişələrin tənzimlənməsi nöqteyi-nəzərindən NATO-nun təsir imkanları məhduddur".

"News.am" saytının verdiyi xəbərə görə, bu barədə Almaniyanın Ermənistandakı səfiri Matias Kisler "NATO-nun Varşava sammiti: Ermənistan üçün nəticələr" mövzusunda keçirilən müzakirələrdə deyib.

M. Kisler bildirib ki, Şimali Atlantika alyansı heç vaxt bilavasitə Qarabağ münaqişəsinin tənzimlənməsinə cəlb olunmayıb: "NATO-nun heç vaxt bununla bağlı niyyəti olmayıb. Bunun üçün ATƏT-in Minsk qrupu kimi format mövcuddur".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00