Xüsusi əməliyyatda 7 silahlı məhv edildi
Dağıstanın Antiterror Əməliyyatı rejiminin qüvvədə olduğu Qarabudaqkənd bölgəsində keçirilmiş xüsusi əməliyyat nəticəsində 7 silahlı məhv edilib
7 İyul 2016 17:48 DünyaDağıstanın Antiterror Əməliyyatı rejiminin qüvvədə olduğu Qarabudaqkənd bölgəsində keçirilmiş xüsusi əməliyyat nəticəsində 7 silahlı məhv edilib. Əməliyyat zamanı xüsusi təyinatlılardan biri ölüb, digəri yaralanıb.
"Report" bildirir ki, bu barədə respublikanın hüquq-mühafizə orqanlarındakı mənbə məlumat verib.
Mənbənin bildirdiyinə görə, məhv edilmiş silahlıların sayı daha çox ola bilər, amma bunu əraziyə tam baxış keçirdikdən sonra demək mümkün olacaq.
Məlumatına görə, əməliyyat-axtarış tədbirləri çərçivəsində hüquq mühafizə orqanları silahlıların yay "dayanacağ"ını aşkarlayıb və ərazi mühasirəyə alınıb.