Bu ölkə spirtli içkini qadağan edir
Almaniyanın Herne şəhərində bəzi ictimai yerlərdə spirtli içkinin qəbulu qadağan ediləcək.
7 İyul 2016 09:17 DünyaAlmaniyanın Herne şəhərində bəzi ictimai yerlərdə spirtli içkinin qəbulu qadağan ediləcək.
Axar.az xəbər verir ki, Herne Bələdiyyəsinin qəbul etdiyi qərara əsasən, meydan və parklarda insanların narahatlığına səbəb olan bir vəziyyət yaranarsa, spirtli içkinin qəbuluna icazə verilməyəcək.
Qeyd edək ki, bənzər qadağa daha əvvəl Hernenin 13 kilometrliyindəki Gelzenkirxen şəhərində də tətbiq olunub. 2008-ci ildən etibarən burada yerləşən oyun parklarında, avtobus və metro dayanacaqlarında spirtli içkilərin qəbuluna icazə verilmir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00