İsrail Rusiyanın Ermənistana qarşı münasibətindən hiddətlənib
7 İyul 2016 09:09 DünyaTəəccüblüdür, insanlar ani olaraq, gülünc görünmək riskini nəzərə almadan və hətta etibarlarını birdəfəlik itirməkdən çəkinməyərək fikirlərini nücə dəyişirlər. Məhz bu cür, nəticələrini düşünmədən, yaxud da onları vecinə almadan Rusiya XİN rəsmisi Mariya Zaxarova Yerevanda İkinci Dünya müharibəsi dövrünün faşist ideologiyasının və antisemitizmin ən qızğın tərəfdarlarından biri, erməni millətçisi və SSRİ hərbi tribunalı tərəfindən məhkum edilmiş hərbi cinayətkar Qaregin Njdenin abidəsinin açılışına dair sözlərini unudub.

Rusiya kimi hər cəhətdən güclü dözlətin XİN mətbuat xidməti kimin təsiri altında ola bilər, aydın deyil. Lakin ya xaricdən, ya da daxili "resurslar" tərəfindən təzyiq faktı açıq-aşkardır və bunlar gözə görünmədən, lakin kifayət qədər hiss olunacaq dərəcədə özləri üçün sərf etməyən istənilən məlumatı "korrektə" edə bilirlər.
Aydındır ki, bütün bunlar erməni lobbisinin işidir, amma doğrudanmı, heç olmasa öz Vətəninin - Rusiyanın imicinin qorunması xatirinə Mariya Zaxarova Ermənistanın xahiş və təzyiqlərinə davam gətirməyərək, Njdenin abidəsi barədə söylədiklərinin təhrif edildiyini bildirib? Axı o öz adından deyil, dövlətinin Xarici İşlər Nazirliyinin rəsmisi, demək olar ki, ölkənin siyasətinin rəsmi ifadəçisi kimi çıxış edir!
Məlum olduğu kimi, Zaxarova əvvəlcə XİN adından Qaregin Njdenin abidəsinin açılışını "nasizmin, neonasizmin, ekstremizmin istənilən təzahürlərinin dirçəlişi, qəhrəmanlaşdırılması" cəhdi adlandırmışdı. "Biz Böyük Vətən Müharibəsi qəhrəmanlarının xatirəsinə uyğun gəlməyən hər hansı məfhuma qiymət verməyəcəyik", - o söz verirdi.
Bəs bu iki həftədə nə baş verib? Nasistlərin dirçəlişi və qəhrəmanlaşdırılması aktuallığını itirib, yoxsa Böyük Vətən Müharibəsi qəhrəmanlarının xatirəsi ucuzlaşıb, heç kimə lazım deyil?

İkisindən birini seçşin, xanım Zaxarova! Lakin nəyi seçsəniz də, o qorxunc müharibənin bütün sağ qalmış veteranları və Xolokost qurbanları, həmçinin də xatirəsini təhqir etdiyiniz insanların ruhları sizi ən qəddar hərbi cinayətkarlardan birinin adının əbədiləşdirilməsi imkanına yol verdiyiniz üçün qınayacaqlar.
Yeganə Salman
"İsrail-Azərbaycan" Beynəlxalq assosiasiyasının İdarə Heyətinin üzvü, məxsusi olaraq virtualaz.org üçün