Mədinə şəhərində törədilmiş partlayışda ölənlərin sayı artıb

Səudiyyə Ərəbistanının Mədinə şəhərində Peyğəmbər məscidi yaxınlığında baş verən partlayış nəticəsində ölənlərin sayı 4-ə çatıb. Bu barədə “Əl-Ərəbiyə” telekanalı xəbər verib.

Səudiyyə Ərəbistanının Mədinə şəhərində Peyğəmbər məscidi yaxınlığında baş verən partlayış nəticəsində ölənlərin sayı 4-ə çatıb. Bu barədə "Əl-Ərəbiyə" telekanalı xəbər verib.

Məlumata əsasən, insident zamanı 4 təhlükəsizlik xidməti əməkdaşı ölüb, daha 4 nəfərin ağır yaralandığı bildirilir.

Hadisə ilə bağlı hər hansı rəsmi məlumat hələ ki, verilməyib.

İnsidentə görə məsuliyyəti hələ ki heç bir qruplaşma öz üzərinə götürməyib.

*   *   *22:26

Səudiyyə Ərəbistanının Mədinə şəhərində Məscid əl-Nəbavi (Peyğəmbər məscidi) yaxınlığında baş verən güclü partlayış nəticəsində 2 nəfər ölüb. Bu barədə "Əl-Ərəbiyə" telekanalı xəbər verib.

Partlayışın məscidin girişindəki nəzarət-keçid məntəqəsində baş verdiyi təsdiqlənib. Terrorçu-kamikadze məscid kompleksinə daxil ola bilməyib. Zəvvarlar arasında zərərçəkənlərin olmadığı bildirilir.

Bundan əvvəl, Qətif şəhərində məscid qarşısında terrorçu-kamikadze özünü partladıb.

*   *   *21:14

Səudiyyə Ərəbistanının şərqində, ƏI-Katifa şəhərində məsciddə güclü partlayış baş verib.

"Reuters" agentliyinin verdiyi xəbərə görə, hadisə nəticəsində ölənlərin olduğu bildirilir.

Hadisənin digər təfərrüatları barədə hələlik məlumat verilmir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00