"İstanbul terrorunu həyata keçirənlər müəyyən edilib, 29 nəfər həbs olunan var" - Binəli Yıldırım
4 İyul 2016 07:25 DünyaTürkiyə baş naziri Binəli Yıldırım Atatürk hava limanında baş vermiş terror aktı ilə bağlı açıqlama verib.
Avropa.info xəbər verir ki, Yıldırım terror aktını tərədənlərin, onlara vasitəçilik edənlərin kimliyinin ortaya çıxdığını deyib.
"Hava limanına hücumunu edənlər, onlara vasitəçilik edənlərin kimlikləri müəyyən olunub. 29 şübhəli saxlanılıb. Zaman getdikcə, daha çox detallar ortaya çıxacaq. Müxtəlif ölkə vətəndaşı olanlar var. Bütün ehtimallar qiymətləndirilir. Yeni açıqlamalar veriləcək."
Binəli Yıldırım Türkiyədən Qəzzaya göndərilən yardım gəmisinin limana çatdığını və İsrailin anlaşmaya əməl etdiyini deyib.
"Qəzza gəmisi limana çatıb. İsraillə imzalanan anlaşma çərçivəsində bir normallaşma prosesi başlamış oldu. Bu çərçivədə Qəzzada yaşayan 1,5 milyondan çox fələstinli qardaşımızın əsas ehtiyaclarını ödəmək , onların bayram sevincinə şərik olmaq məqsədi ilə 10 min tonluq bir gəmi göndərdik. Gəmi artıq limana yaxınlaşıb, oradan da bu yardım insanlara paylanılacaq" deyə Yıldırım qeyd edib.