İraqda üç günlük matəm elan olundu

İraqın baş naziri Heydər əl-Abadi Bağdadda törədilən irimiqyaslı terror aktı ilə əlaqədar ölkədə üç günlük matəm elan edib.

Əl-Abadi bildirib ki, terror aktını törədənlər mütləq layiqli cəzalarını alacaqlar.

Bağdadın Əl-Karrad rayonunda terror aktı nəticəsində ölənlərin sayı 167 nəfərə ölüb, 170 nəfər yaralanıb. Partlayışa görə məsuliyyəti İŞİD terror təşkilatı öz üzərinə götürüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00