Ramazan bazarına hücum: 75 ölü
İraqın paytaxtı Bağdadın mərkəzi məhəllələrindən birində avtomobilin partladılması nəticəsində azı 75 nəfər ölüb, 130 nəfər yaralanıb.
3 İyul 2016 12:07 Dünyaİraqın paytaxtı Bağdadın mərkəzi məhəllələrindən birində avtomobilin partladılması nəticəsində azı 75 nəfər ölüb, 130 nəfər yaralanıb.
AZƏRTAC "lefigaro.fr" saytına istinadla məlumat verir ki, İraq rəsmi dairələrinin məlumatına əsasən, partlayış sakinlərin ramazan ayı münasibətilə bazarlıq etdikləri Karrada məhəlləsində törədilib.
Terror aktına görə məsuliyyəti İŞİD terror təşkilatı öz üzərinə götürüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00