Türkiyədə kamikadze təslim oldu, daha 2-si axtarılır
Türkiyənin Hatay vilayətində kamikadze olduğu deyilən PKK terrorçusu xüsusi xidmət orqanlarına könüllü təslim olub.
30 İyun 2016 10:09 DünyaTürkiyənin Hatay vilayətində kamikadze olduğu deyilən PKK terrorçusu xüsusi xidmət orqanlarına könüllü təslim olub.
Publika.az xarici mediaya istindən xəbər verir ki, təslim olan PKK terrorçusunun kamikadze olduğunu dəqiqləşib.
Terrorçu Türkiyə xüsusi xidmət orqanlarına məlumat verib ki, sözügedən bölgədə ondan başqa 2 nəfər də kamikadze terrorçu yerləşdirilib.
Bu məlumatdan dərhal sonra Türkiyənin polis və hərbi qüvvələri bölgədə geniş axtarış əməliyyat tədbirlərinə başlayıb.
Hazırda həmin 2 kamikadzenin axtarış işləri davam etdirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00