Avropa Birliyindən Britaniyaya cavab ZƏRBƏSİ
"Böyük Britaniya Avropa Birliyini tərk edəndən sonra ingilis dili təşkilatımızın rəsmi dilləri arasında olmayacaq"
28 İyun 2016 12:42 Dünya"Böyük Britaniya Avropa Birliyini tərk edəndən sonra ingilis dili təşkilatımızın rəsmi dilləri arasında olmayacaq".
Milli.Az Le Monde-a istinadən bildirir ki, bunu Avropa Parlamentinin Konstitusiya məsələləri komitəsinin sədri Danuta Hübner deyib.
"Əgər aramızda Britaniya olmayacaqsa, ingilis dili də olmayacaq", - Hübner vurğulayıb.
Onun sözlərinə görə, Avropa Birliyində ingilis dilinin rəsmi statusu yalnız Britaniyanın tələbindən sonra müəyyənləşmişdi, çünki rəsmi dilin ingilis dili olduğu İrlandiya və Malta qael və Malta dillərinə də rəsmi statusun verilməsini itstəmişdilər. Halbuki AB üzvü olan hər dövlət rəsmi statuslu qismində yalnız bir dili təklif edə bilərdi.