Olland Brexit haqda: Fransa və Almaniya təşəbbüsü ələ almalıdır

Fransa prezidenti Fransua Olland Böyük Britaniyanın Avropa İttifaqından çıxmağa qərar verməsindən sonra (Brexit) Fransa və Almaniyanın təşəbbüsü öz əlinə almalı olduğunu bəyan edib.

Fransa prezidenti Fransua Olland Böyük Britaniyanın Avropa İttifaqından çıxmağa qərar verməsindən sonra (Brexit) Fransa və Almaniyanın təşəbbüsü öz əlinə almalı olduğunu bəyan edib.

APA-nın verdiyi məlumata görə, F. Olland xatırladıb ki, sıx münasibətlərinin olduğu dost, müttəfiq ölkə Avropa İttifaqından uzaqlaşmaq qərarı verib.

F. Olland bildirib ki, Almaniya və Fransa müharibə və dəhşətlərdən sonra dost münasibətlər qurmağı bacarıb və buna görə də bu iki ölkə təşəbbüsü öz əlinə almalıdır: "Biz birlikdə nəinki sülhə nail ola bilərik, eyni zamanda bu gözə ittifaqın - Avropa İttifaqının vətəndaşlarının hörmətinə nail ola bilərik".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00