900 MİLYARD DOLLAR hanı?
Böyük Britaniyanın Avropa Birliyindən (AB) ayrılma (Brexit) qərarı ABŞ birjalarında bir gündə təxminən 800-900 milyard dollarlıq dəyər itkisinə gətirib çıxarıb.
25 İyun 2016 18:50 DünyaBöyük Britaniyanın Avropa Birliyindən (AB) ayrılma (Brexit) qərarı ABŞ birjalarında bir gündə təxminən 800-900 milyard dollarlıq dəyər itkisinə gətirib çıxarıb.
Publika.az "Bloomberg"ə istinadən xəbər verir ki, "High Frequency Economics"in baş iqtisadçısı Cim Ochr("39")Sallivan bu barədə bəyanat verib. O "Brexit"in ABŞ iqtisadiyyatına və pul siyasətinə necə təsir edəcəyini şərh edib. Deyib ki, qlobal bazarlar "Brexit" qərarını həzm etməyə çalışır: "Yaşanan dalğalanma ABŞ iqtisadiyyatına mənfi təsir edəcək. Xüsusilə Nyu-York birjası və dollardakı sərt hərəkətlənmələr iqtisadi artıma mənfi təsir göstərəcək".
Qeyd edək ki, ABŞ birjalarının cəmi bazar dəyəri 23 trilyon dollar ətrafındadır. Cümə günü Nyu-York birjasında itkilər 3,5 - 4,0 faiz ətrafında idi. Bu yalnız bir gündə birjanın 800-900 milyard dollar itirməsi deməkdir.
Ekspert FED-in gözləmə mövqeyində qalmasının səbəblərinə də toxunub: "Brexit"dən qaynaqlanan proseslərin ABŞ-ın məşğulluq bazarındakı yaxşılaşmanı dayandıracağı real görünmür. İşsizlik nisbəti düşməkdə, ödənişlər və inflyasiya artmaqda davam edəcək. FED prosesləri sentyabrda yenidən qiymətləndirəcək. Hələlik iqtisadi proseslər dəqiqlik qazanana qədər gözləmə mövqeyində qalacaq."
O, FED-in bu ilin dekabrında bir dəfə faiz artımına gedəcəyinə dair proqnoz verib.