İŞİD​ Suriyada PKK terror təşkilatının 30 silahlısını öldürüb

Suriyanın Hələb əyalətinin şimal-şərqində yerləşən Münbiçi rayonunda terrorçu İŞİD-in "PYD"yə (terrorçu PKK qruplaşmasının Suriyadakı dəstələrindən biri) qarşı hücumu nəticəsində 30 PKK terrorçusu ölüb.

"Anadolu" xəbər verir ki, İŞİD qruplaşması minalanmış avtomobili "PYD"nin yerləşdiyi ərazidə partladıb.

Bölgədə gedən döyüşlər nəticəsində terrorçu PKK-nın dəstəsi Zingül əkin sahəsində geri çəkilib.

Məlumatda bildirilib ki, Fərat çayının qərbində ABŞ-ın dəstəklədiyi Suriya Ərəb Koalisiyası (SƏK) ilə İŞİD arasında döyüş davam edir. SƏK-in Münbiçin cənubundakı Cub Hamza kəndini topa tutması nəticəsində 5-i uşaq olmaqla 11 dinc sakin həyatını itirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31