Bir gecədə ildırım 45 nəfəri vurdu
22 İyun 2016 10:23 DünyaBu gecə Hindistanın şərqində yerləşən Bihar ştatında ildırım vurması nəticəsində azı 45 nəfər ölüb, 10-dan çox insan xəsarət alıb.
Oxu.Az xəbər verir ki, "Air News" nəşrinin məlumatına görə, ölənlərin sayının artacağı ehtimal olunur.
Xatırladaq ki, ölkənin şərqində dolu ilə müşahidə olunan leysan yağışlar yağır. Sinoptiklər yaxın bir neçə gündə yağışlı hava şəraitinin davam edəcəyini proqnozlaşdırırlar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00