14 vəzifəli şəxs öldürüldü - Əfqanıstanda daha bir dəhşət
Əfqanıstanda ən azı 14 nəfərin ölümü ilə nəticələnən terror aktı baş verib.
20 İyun 2016 10:48 DünyaƏfqanıstanda ən azı 14 nəfərin ölümü ilə nəticələnən terror aktı baş verib.
AzNews.az France-Presse agentliyinə istinadən xəbər verir ki, terror aktı Əfqanıstanın paytaxtı Kabulda törədilib. Məlumata görə, içərisində məmurların olduğu mikroavtobus partladılıb. Bir qisim KİV-lər isə maşında təhlükəsizlik əməkdaşlarının olduğunu iddia edirlər.
İlkin məlumata əsasən, ən azı 14 nəfər ölüb. Partlayış baş verən əraziyə çox sayda polis və təcili tibbi yardım maşınları cəlb edilib.
Hadisə barədə təfərrüatlar hələki məlum deyil.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00