Almaniyanın yarısı müsəlmanlardan bezib - SORĞU
Almaniya vətəndaşlarının yarısı özlərini ölkəsində əcnəbi kimi hiss edir, çünki ölkədə müsəlmanlar həddən artıq çoxdur.
16 İyun 2016 10:12 DünyaAlmaniya vətəndaşlarının yarısı özlərini ölkəsində əcnəbi kimi hiss edir, çünki ölkədə müsəlmanlar həddən artıq çoxdur.
Publika.az "RİA-Novosti" agentliyinə istinadən xəbər verir ki, bu haqda Leypsiq Universiteti tərəfindən keçirilmiş sorğunun nəticələrində deyilir.
Sorğunun nəticələrinə görə, bu fikirdə olan respondentlərin sayı 2014-cü illə müqayisədə 7 faiz artaraq 50 faizə çatıb. Hər on almandan dördü bildirib ki, müsəlmanların Almaniyaya miqrasiyasına qadağanın tətbiqini istəyir. Sorğuda 2,5 min nəfər iştirak edib.
Avropa Birliyinin Sərhəd Təhlükəsizliyi Agentliyinin (Frontex) məlumatına görə, Avropa Birliyinə 2015-ci ildə 1,8 milyon miqrant gəlib. Almaniya Daxili İşlər Nazirliyinin məlumatına görə isə ölkəyə ötən il bir milyondan çox miqrant gəlib.