Fransada azarkeşlər arasında baş vermiş toqquşmada 16 nəfər xəsarət alıb
Fransanın Lill şəhərində futbol azarkeşləri arasında baş vermiş toqquşmalar zamanı xəsarət almış 16 nəfər xəstəxanalara yerləşdirilib.
16 İyun 2016 07:05 DünyaFransanın Lill şəhərində futbol azarkeşləri arasında baş vermiş toqquşmalar zamanı xəsarət almış 16 nəfər xəstəxanalara yerləşdirilib.
"Report" "Reuters"ə istinadən xəbər verir ki, polis ümumilikdə 36 nəfəri həbs edib. Onlardan bəziləri Rusiya vətəndaşlarıdır.
Qeyd edək ki, dünən Lilldə futbol üzrə Rusiya yığması Slovakiya komandası ilə qarşılaşıb. Oyun 1:2 Slovakiya yığmasının qələbəsi ilə başa çatıb.
Qarşılaşmadan sonra komandaların azarkeşləri arasında toqquşmalar baş verib. Bu zaman bir neçə nəfər yüngül, bir neçə nəfər isə ağır xəsarət alıb. Onlardan bir neçəsi xəstəxanalara yerləşdirilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00