Putin Kiyevə 80 milyard rüşvət təklif etdi- Şok
Rusiya Prezidenti Vladimir Putin Ukrayna lideri Petro Poroşenkoya Kiyevin Krımdan imtina etməsi üçün rüşvət təklif edib.
15 İyun 2016 18:16 DünyaRusiya Prezidenti Vladimir Putin Ukrayna lideri Petro Poroşenkoya Kiyevin Krımdan imtina etməsi üçün rüşvət təklif edib.
Tərəfdar.az xəbər verir ki, bunu Ukrayna mətbuatına müsahibəsində deputat Anton Qeraşenko bildirib.
O, Putinin bir il bundan öncə məhz Krımdan imtina üçün Kiyevə 50-80 milyard dollar verməyə hazır olduğunu bildirib.
"O bizdən Krımdan imtina üçün Ukraynada referendum keçirilməsini istəyirdi. Poroşenkoya bu təklif ediləndə o, dərhal yox dedi. Putin Donbası yaratmaqla Ukraynada daima mövcud olacaq konflikt ocağı formalaşdırdı",- deyə Qeraşenko vurğulayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00