İŞİD-in Avropada terror aktları hazırlaması haqda

Belçika xüsusi xidmət orqanları İŞİD-in Avropada növbəti terror aktları hazırlaması barədə xəbərdarlıq edib. Bu haqda Fransa mətbuatı məlumat yayıb.

Belçika xüsusi xidmət orqanları İŞİD-in Avropada növbəti terror aktları hazırlaması barədə xəbərdarlıq edib. Bu haqda Fransa mətbuatı məlumat yayıb.

Bildirildiyinə görə, artıq həftə yarımdır ki, Suriyadan Belçikaya və Fransaya terrorçular göndərilib.

Belçika xidmət orqanlarının bildirdiyinə əsasən, terrorçular on gündən çoxdur ki, Suriyanı tərk ediblər. Onlar Türkiyədən və Yunanıstandan Avropaya keçmək niyyətindədirlər. İŞİD yaraqlılarının iki hissəyə bölünmə ehtimalı var: ola bilsin ki, terrorçuların bir qismi Belçikaya, digər qismi isə Fransada terror törətməyə yönəldilsin.

Məlumatda həmçinin deyilir ki, terroçular Belçikada üç ərazidə hücumlar təşkil edə bilərlər: Brüssel ticarət mərkəzlərindən birində, Amerikanın fast-fud şəbəkəsinin restoranında və polis komissarlığında.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00