Polisdən Türkiyəni şoka salan hərəkət - Qatili təbrik etdi

Üç ildir axtarışda olan Atalay Filizin yaxalanması səs-küyə səbəb olub.

Qafqazinfo bildirir ki, 3 qətldə şübhəli bilinən Atalay Filiz dünən həbs edilib. Onun həbsi ölkə mediasında müzakirələrə səbəb olub. Belə ki, polis məmurlarından biri bölməyə aparılan Filizlə selfi çəkdirib və bunu sosial şəbəkədə paylaşıb. Hətta o, qatilə "Səni təbrik edirəm. Bu məmləkətdə üç il qaça bilmisənsə, sənə deməyə söz tapmıram" deyib.

Məlumata görə, polis artıq vəzifəsindən uzaqlaşdırılıb və haqqında araşdırmalara başlanılıb.

Qeyd edək ki, Atalay Filiz interpol tərəfindən də axtarışa verilmişdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00