Gecə klubunda atışma: 25 nəfər yaralanıb-VİDEO

Birləşmiş Ştatların Florida ştatının Orlando şəhərindəki gecə klublarından birində atışma zamanı ən azı 25 nəfər yaralanıb.

Birləşmiş Ştatların Florida ştatının Orlando şəhərindəki gecə klublarından birində atışma zamanı ən azı 25 nəfər yaralanıb.

"Report" bildirir ki, bu barədə bazar günü hadisə şahidlərinə istinadən "Sky News" telekanalı məlumat yayıb.

İnsident "Pulse" klubunda qeydə alınıb. Əraziyə çoxsaylı polis dəstələri cəlb olunub.

"Silahlı şəxs ən azı 25 nəfəri yaralayıb, digərləri girov götürülüb", - deyə telekanalın məlumatında bildirilir.

Şəhər polisi bir neçə nəfərin yaralandığını təsdiq edib.

"Bir neçə nəfər yaralanıb. Hadisə yerindən uzaq olun", - deyə polis idarəsinin rəsmi "Twitter" səhifəsində bildirilib.

Şahidlərin sözlərinə görə, hücum zamanı klubda təqribən 100 nəfər ziyarətçi olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00