Qazaxıstandakı silahlı hücumda iştirak edənlərin hamısı tutuldu
İyunun 5-də Qazaxıstanın Aktobe şəhərində hücumda iştirak edənlərin hamısı neytrallaşdırılıb və onlardakı bütün silahlar götürülüb.
12 İyun 2016 10:51 Dünyaİyunun 5-də Qazaxıstanın Aktobe şəhərində hücumda iştirak edənlərin hamısı neytrallaşdırılıb və onlardakı bütün silahlar götürülüb.
İTAR-TASS bildirir ki, bu barədə Qazaxıstan Milli Təhlükəsizlik Komitəsi məlumat yayıb.
"Kyanışbayev, Tanatarov və Akpanbetov saxlanılıblar. Akpanbetov qaçmağa cəhd edərkən ayağından yaralanıb", - deyə məlumatda bildirilir.
Məlumatda o da vurğulanır ki, cinayətkarlardan iyunun 5-də "Pallada" mağazasından oğurlanmış 2 ədəd silah götürülüb.
Qeyd edək ki, iyunun 5-də bir qrup naməlum şəxs Aktobe şəhərində iki silah mağazasına və şəhərdəki hərbi hissəyə hücum edib. Şəhərdə antiterror rejimi elan edilib. Terrorçuların hücumu nəticəsində 3-ü hərbçi olmaqla, 7 nəfər öldürülüb.