“Mehmetcik”dən İŞİD-ə ağır zərbə - 104 ölü
28 May 2016 15:48 DünyaTürkiyə Silahlı qüvvələri İŞİD terror təşkilatına ağır zərbə vurub.
Publika.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, Baş qərargahdan verilən məlumata görə, İŞİD-ə aid mövqelərin vurulması nəticəsində 104 terrorçu öldürülüb.
Məlumata görə, İŞİD-ə aid mövqelərə dünən saat 18.00-dan etibarən "Fırtına" özüyeriyən qaubitsaları ilə 233, Çoxlüləli Raketatan Silah Sistemi (ÇNRA) ilə 40, tank ilə 4 dəfə atəş açılıb. Bundan başqa, koalisiya təyyarələri ilə 11 hava zərbəsi təşkil edilib.
Baş qərargahdan bildirilir ki, əməliyyatın gedişatında İŞİD-in qərargah olaraq istifadə etdiyi 7 bina məhv edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00