Miqrantları daşıyan gəmi batdı: 45 nəfər öldü

İtaliyanın Hərbi Dəniz Qüvvələri cümə günü Aralıq dənizində növbəti gəmi qəzası nəticəsində ölən 45 miqrantın meyitini aşkar edib. report bildirir ki, qəza zamanı onlarla insan itkin düşüb."Vega" gəmisi batmaqda olan qayıqdan 135 miqrantı xilas edib. 45 meyit aşkar edilib, axtarışlar davam edir", - deyə İtaliya HDQ-nin "twitter" mikrobloqunda qeyd olunub.Bu, son üç gün ərzində üçüncü gəmi qəzası olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00