Dünya mediasında şok effekti doğuran görüntülər - PKK emblemli ABŞ əsgərləri Suriyada əməliyyata hazırlaşır
27 May 2016 05:44 DünyaİŞİD-ə qarşı Rakka əməliyyatı üçün Suriyaya gələn ABŞ əsgərlərinin hərbi geymlərinə PKK-nın Suriya qolu YPG-nin gerbini taxdıqları üzə çıxıb.
Avropa.info xəbər verir ki, PKK-nin Suriya qolunu terror təşkilatı olaraq görmədiyini və bu səbəbdən Türkiyə ilə diplomatik problemlər yaşayan ABŞ çoxlu sayda əsgərini PYD/YPG-nin düşərgəsinə cəlb edib.
Fransanın "Frans press" agentliyi isə hərbi formalarına YPG gerbi vuran ABŞ əsgərlərinin foto görüntülərini yayıb. Fotolarda Rakka əməliyyatına rəhbərlik və iştirak edəcək ABŞ hərbçilərinin geyimlərindəki YPG emblemləri dünya mediasında şok effekti doğurub.
Türkiyə isə Rakka əməliyyatının arxa planının yalnız İŞİD-in bölgədən çıxarmaq olmadığını bildirib. Ankaranın fikirincə , əsas məqsəd bölgəni PKK-nın nəzarətinə verməkdir.