ABŞ-ın iki qırıcısı toqquşdu
27 May 2016 05:28 DünyaABŞ-ın Hərbi-Dəniz Qüvvələrlərinin iki F-18 qırıcısı Atlantika okeanında qəzaya uğrayıb.
ANS PRESS-in məlumatına görə, bu barədə ABŞ-ın sahil mühafizəsi xəbər verib.
Xəbərdə deyilir ki, ABŞ Hərbi-Dəniz Qüvvələrlərinin iki qırıcısı McDonnel Douglas F/A-18 Hornet Şimal Karolina sahilində qəza keçirib. Okeana düşmüş təyyarələrin pilotları vaxtında katapult edərək xilas ola biliblər.
McDonnel Douglas F/A-18 - 1970-ci illərdə hazırlanmış Amerika qırıcı-bombardmançısı və hücumçu təyyarəsidir. McDonnel Douglas F/A-18 bu gün ABŞ-ın Hərbi-Dəniz Qüvvələrlərinin əsas döyüş təyyarəsi sayılır. Bu təyyarələr bir sıra Avropa və Asiya ölkələrinin hava qüvvələrində yer alır. Hərbi təyyarələr Liviya, İraq və Yuqoslaviya da hərbi əməliyyatlarda tətbiq edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00