İş yoldaşlarını zorlayıb öldürən kişi edam ediləcək

Belarusda növbəti ölüm hökmü çıxarılıb. Modern.az Belarus mediasına istinadən bildirir ki, barəsində belə ağır hökm çıxarılan  Qomel sakini iki qadını zorlayıb öldürməkdə təqsirkar bilinir. O, qadınları aldadıb avtomobilinə mindirib, sonra qaraja aparıb onlarla zorakı seksual hərəkətlər edib, zorladıqdan sonra öldürüb. Qadınların cəsədlərini meşəyə aparan kişi onları orada gizli yerdə basdırıb. Qatilin qurbanları iş yoldaşları olublar. Təqsirləndirilən şəxs əvvəllər soyğunçuluq etdiyinə görə məhkum olunub və vaxtından əvvəl azadlığa buraxılıb. O, evlidir və 3 övladı var. Belarus Avropada yeganə ölkədir ki, ölüm hökmünü ləğv etməyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00